• $
  • €
  • ₽
  • ₺
  • £

Qida zəhərlənmələrinin əsas səbəbi nələrdir? - AÇIQLAMA

Qida zəhərlənmələrinin əsas səbəbi nələrdir? - AÇIQLAMA
25.10.2016 12:59
Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan 520 qida zəhərlənməsi nəticəsində 773 nəfər zərər çəkib. Yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsində 1 ölüm baş verib. 
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin gigeyena şöbəsinin müdiri İmran Abdullayevin məlumatına görə, zəhərlənmə əsasən, qida məhsullarından yaranır: 

"Məsələn, toyuq, ət, salat və digər məhsulları buna misal göstərə bilərik. Zəhərlənmənin əsas səbəbi məhsulların saxlanma qaydalarına düzgün riayət edilməməsindən irəli gəlir. Əgər məhsulun üzərində onun bir ay ərzində 6 dərəcədə saxlanması göstərilirsə, o, 20 dərəcədə saxlanılır və nəticədə, məhsul vaxtından əvvəl xarab olur. Çünki yüksək temperaturda mikroorqanizmlər sürətlə inkişaf edir". 
 
İ. Abdullayevin sözlərinə görə, belə halların qarşısını almaq üçün məhsulların saxlanma şəraitinə nəzarət etmək lazımdır:

"520 zəhərlənmə hallının səbəbi məhsulun mağazada saxlanılmasından deyil, istehlakçılar aldıqdan sonra baş verib”.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu fikirlərlə razılaşmır:  

"Siz İmran Abdullayevin və onlun həmkarlarının dilindən heç vaxt eşitməyəcəksiniz ki, hansısa məhsul kütləvi zəhərlənməyə səbəb oldu. Bu, mümkün deyil. Axı, Səhiyyə Nazirliyi o məhsulun istehsalı üçün sertifikat verib. Bu səbəbdən də, onlar zəhərlənmə hallarında istehlakçıları ittiham edəcəklər".
 
Eyyub Hüseynovun sözlərinə görə, nə qədər ki, Azərbaycanda məhsulların keyfiyyəti ilə insan sağlamlığının keşiyində duran təşkilat eyni olacaq, vəziyyət yaxşılaşmayacaq. Çünki burada maraqların toqquşması var.

E. Hüseynov qeyd edib ki, istehlakçılar əsasən, göbələk, konsevləşdirilmiş üzüm yarpağı, balıq və turşudan zəhərlənir. 
 
Zülfiyyə Səfxanova
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol