• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun iki jurnalı dünya səviyyəli jurnallar sırasında

ADU-nun iki jurnalı dünya səviyyəli jurnallar sırasında
25.10.2016 13:20

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin "Dil və ədəbiyyat” İSSN 2518-7538  və "ADU-nun Elmi xəbərləri” ISSN 2518-752X  jurnalları dünya səviyyəli jurnallar sırasına daxil olub. 


2005-ci ildən çap olunmağa başlayan "Dil və ədəbiyyat” jurnalı 2006-cı ildən  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunub. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali attestasiya komissiyasının 30 aprel 2010-cu il tarixli iclasında dövri nəşr kimi təsdiq olunub. "Dil və ədəbiyyat” jurnalında müasir ədəbiyyatda  baş verən prosesləri təhlil olunmaqla filologiyanın inkişafına təkan verəcək elmi tədqiqat işlərinin nəşri öz əksini tapır.


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  12 yanvar 2001-ci il tarixli 132 saylı əmrin əsasən "Elmi xəbərlər” jurnalı qrif alıb. 9 mart 2016-cı il tarixində isə jurnalın adı dəyişdirilərək "ADU-nun Elmi xəbərləri” olub. 


Bundan əlavə ADU-da müxtəlif istiqamətlərdə elmi tədqiqat işləri aparılır. Bu işlərə həm müəllimlər, həm də tələbələr cəlb olunur. Ayrı-ayrı kafedralarda araşdırılan elmi tədqiqat işlərinin nəticələri respublikamızın müvafiq ali məktəblərində, eyni zamanda universitetin həm bakalavr, həm də magistr pillələrində geniş işlədilməklə, müxtəlif istiqamətli dissertasiya işlərinin yazılmasına zəmin yaradır. Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələr  24 müxtəlif bölmə üzrə elmi tədqiqat işləri görürlər. 

 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol