WhatsApp-dan möhtəşəm yenilik!

WhatsApp uzun müddət gözlənilən video zəng dəstəyini istifadəçilərətə təqdim edib. Tətbiqin "Android" platformasındakı beta versiyası ilə artıq video görüşmələri edə bilərsiniz.
"Android" üçün "WhatsApp" tətbiqinin beta versiyasına uzun müddət gözlənilən video zəng xüsusiyyəti nəhayət ki gəldi. "WhatsApp"dan eynilə, "Skype" və ya "Facetime"da olduğu kimi video-konfrans etməyə şərait yaradan yeni xüsusiyyətlə artıq internetdən video zənglər edə biləcəksiniz.
Əgər video zənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə "WhatsApp"ın ən son versiyası yüklənməyibsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir.
"WhatsApp" video dəstəyi hansı versiyadadır?
Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən video zəng xüsusiyyəti hazırda uğurlu şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan "WhatsApp" bu xüsusiyyətlə birlikdə "Google"ın "Duo" tətbiqi ilə birlikdə digər mesajlaşma tətbiqlərinə rəqib olur.
Son vaxtlar yenilənmələrlə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən "WhatsApp" ötən günlərdə "Snapchat" oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi.
Əgər "WhatsApp" video zəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz. //technote.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























