• $
  • €
  • ₽
  • ₺
  • £

Xoşbəxt evliliyin 7 SİRRİ

Xoşbəxt evliliyin 7 SİRRİ
25.10.2016 23:01
Hər bir insanın həyatının ən mühüm və əhəmiyyətli hadisəsi - evlənmək və ailə qurmaqdır. Əgər evlənməzdən əvvəl xoşbəxt olmağınız üçün sizə lazım olan amilləri tanısanız, daha faydalı olar. Bir oğlan ilə bir qız qərara alırlar ki, evlənib bir damın altında qocalsınlar. Əgər evlilik meyarları yanlış olsa, o zaman bu evlilik də çox sürməz.

Evliliyin xoşbəxt olması üçün lazım olan yeddi amili tanıyaq.
 
Evlilik yaşı.
 
İnsan evlənən zaman əvvəl yaşına diqqət edib, bu evliliyə hazır olmasına nəzər salmalıdır. Ona görə də psixoloqların nəzərinə görə, qızlar üçün ən ideal evlilik yaşı 20-25, oğlanlar üçün 24-27-dir. Əlbəttə bu yaş təkcə həddi-büluğa çatmaqla kifayətlənməməlidir. İnsan əqli, ictimai, əqidəvi büluğa da çatmalıdır.

Sual verməyi bacarmaq.

İnsan evlənəcəyi insanı tanımalıdır və bilməlidir ki, hansı istəklərə və arzulara malikdir. İdealları nədir, hansı xasiyyətləri vardır. Bunun üçün də qarşı tərəfə sual verməyi bacarmalıdır. Çünki bu sualların cavabı onun gələcək taleyini həll edəcəkdir. Ona görə də evlənmək istəyən cavan, qarşı tərəfdən nələri istədiyini və evlilikdəki meyarlarını qabaqcadan düşünməli və verdiyi suallarda bunları nəzərə almalıdır.

Dərinə getməmək.

İnsan gərək ilk olaraq, özünü tanısın və istəklərini bilsin, sonra evlənmək arzularına qapansın. Evlilikdən nələri gözlədiyini və meyarlarının nə olduğunu bir kağıza yazsın. Əgər qarşı tərəfdə bu meyarların 70% olsa, o zaman evliliyə hazırlaşa bilərsiniz. Ailə qurduqdan sonra qalan 30% üçün səy göstərərsiniz.

Evlilik alış-verişində sadə olmaq.

Evlilikdə sadəlik mühümdür. Bir çoxları bəhsə-bəhs etdikləri üçün evlilik alış-verişində çox çətinliklər yaradırlar. Əlbəttə, bu insanlar evləndikdən sonra peşman olurlar. Niyə bu qədər çox pul xərclədiklərinin həsrətini o zaman çəkirlər.
 
Mehriyyədə çətinlik yaratmamaq.

İslam dininin bu göstərişinə əməl edin və mehriyyəni asan edin.
 
Həyat tərzi.

Evlənməzdən əvvəl mütləq qarşı tərəflə öz həyat tərziniz barəsində söhbətlər edin və onun həyat tərzi ilə tanış olmağa çalışın. Ailələrinizdəki dəyərlər barəsində də söhbətlər edin.
 
Qəlbin geniş olması.

Yəni, səbirli olun və hər şeyə tez əsəbiləşməyin. Evlilik zamanı ailələr bir-birini tanıyan zaman bir çox çətinliklər üzə çıxa bilir ki, insanı özündən çıxardır. Lakin siz səbirli olun və gələcək ailə həyatınız haqqında düşünün.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol