• $
  • €
  • ₽
  • ₺
  • £

Sənədsiz evlərin aqibəti bəlli oldu - VİDEO

Sənədsiz evlərin aqibəti bəlli oldu - VİDEO
25.10.2016 23:48
Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Son 6 ildə həmin evlərin sənədləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncam imzalanıb, müvafiq strukturlara tapşırıqlar verilib. Amma problem tam həll olunmur.

ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, təkcə Bakıda 500 minə yaxın sənədsiz ev var. Həmin tikililərin əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Bu evlərin sənədsiz vəziyyətdə qalması isə orada yaşayanlar üçün çoxsaylı problemlər yaradır. Qeydiyyata düşə, yaşadıqları ev ünvanına müvafiq şəxsiyyət vəsiqəsi ala bilmirlər. Uşaqları məktəbə, poliklinikaya aparanda problemlər yaranır.

İndiyə kimi müvafiq qurumlara sənədsiz ev probleminin həllinə yönəlik şəffaf mexanizimin hazırlanması və həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələblər irəli sürülmədən həll edilməsi haqda dəfələrlə tapşırıqlar verilib. İndiyə kimi bir çox evlərə sənədlər verilsə də, proses hələ də tam yekunlaşmayıb.

Millət vəkili Rəfael Cəbrayılov məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdi ki, bu il "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq. İcra hakimiyyəti müvafiq sərəncam verməsə və tikinti layihəsi təsdiq olunmasa da, torpaq haqqında sənədi olan hər bir kəsin evi qeydiyyata alınacaq. Ona görə də, vətəndaşlar torpağa sahiblik və istifadə hüququ verən sənədlərini qaydasına salmalıdırlar ki, mülkiyyət hüququ əldə edə bilsinlər.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol