• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ən təhlükəli yolları - Sürücülərin DİQQƏTİNƏ

Azərbaycanın ən təhlükəli yolları - Sürücülərin DİQQƏTİNƏ
26.10.2016 11:31
Bir aya yaxındır ki, respublikada müşahidə edilən intensiv yağışlar sürüşmə zonalarında aktivləşmələrə səbəb olub. Nəticədə aktiv sürüşmə zonalarında yerləşən avtomobil yollarında çökmə və sürüşmə müşahidə edilir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a deyib ki, intensiv yağışlar nəticəsində mövcud sürüşmə zonalarının hamısında aktivlik müşahidə edilir. Xüsusilə, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı avtomobil yolunda, Basqal kənd yolunda aktivlik müşahidə edilir. 

"Ciddi fəsadlar yoxdur. Qobustan rayonunun Poladlı kənd yolunda sürüşmə müşahidə olunur. Torpaq və çınqıldan ibarət kənd yolunun girişində sürüşmə olub. Həmçinin Cəlilabad-Soltankənd avtomobil yolunun 17-ci km-də intensiv yağışlar nəticəsində yolun bir hissəsində torpaq sürüşməsi baş verib və nəticədə asfalt örtüyü çöküb. Bu yola yeni asfalt örtüyü çəkilmişdi. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür".

A.Nəcəfli qeyd edib ki, aktiv sürümə zonalarında yerləşən yolların qorunması üçün istinad divarları tikilib.

"Bakı-Şamaxı yolu hal-hazırda tikinti altındadır və hərəkət zolağının genişləndirilməsi işləri aparılır. Yolun tikintisi zamanı sürüşmənin qarşısının alınması üçün istinad divarları tikilib. Ciddi problem yoxdur, sadəcə torpaq qatı istinad divarlarının üstündən yola tökülüb və oradan yığışdırılır. Muğanlı-İsmayıllı yolu hələ sovet dönəmində inşa olunub. Onun bir hissəsində sürüşmə zonaları aktivdir. Orada sürüşmənin qarşısının alınması üçün yol yenidən qurulmalıdır. Bununla bağlı təklif hazırlayırıq və yolun yenidən qurulmasına başlamaq istəyirik".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol