Ən yaxşı həyat səviyyəsinə görə ölkələr - Azərbaycan neçəncidir?

Amerikanın "Social Progress İmperative” təşkilatı dünya ölkələrində həyat səviyyəsini göstərən yeni reytinq siyahısı tərtib edib.
Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, "Social Progress İndex 2016”ya əsasən, Azərbaycan həyat səviyyəsinə görə 77-ci pillədədir. Azərbaycan təhsil, səhiyyə, insan haqları, tolerantlıq və s. kriteriyalar üzrə ümumilikdə 63,75 bal toplayıb.
Qonşu dövlətlərdən Türkiyə 58-ci (67,82 bal), Rusiya 75-ci (64,19 bal), Gürcüstan 540-cu (69,17 bal) və İran 93-cü (59,45 bal) qərarlaşıb.
Sosial inkişaf göstəricilərinə görə reytinqə Finlandiya (90 bal), Kanada (89,49 bal) və Danimarka (89,39 bal) başçılıq edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























