• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış aparıcıdan MTRŞ-a şikayət olundu

Tanınmış aparıcıdan MTRŞ-a şikayət olundu
26.10.2016 13:50
"Bu gün kütləvi şəkildə olmasa da, radioalarda interaktivlik zamanı, yəni dinləyici ilə ünsiyyət zamanı, bəzən aparıcılar efir etikasına zidd davranışlara, vulqar ifadələrə yol verirlər.

Bununla bağlı müəyyən müraciətlər, şikayətlər daxil olur”.

Bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, bu günlərdə MTRŞ-ya "106.3 FM” radiosunda yayımlanan "Bumeranq şou”nun aparıcısından dinləyici şikayətləri daxil olub: "Dinləyicilər şikayət edir ki, aparıcı (məşhur teleradio aparıcısı Aytən Səfərova - red.) Qoç bürcündən bəhs edərkən bu bürcdən olanlara otlamağı məsləhət görüb. Belə kobud ifadələrin işlədilməsi yolverilməzdir.

Bundan başqa, radiolarda sətiraltı qeyri-etik məzmunlu ifadələrə də rast gəlinir. Qoyulan bəzi mövzular düzgün seçilmir. Bəzən xarici dildə qeyri-etik ifadələrin istifadə edildiyi mahnılar səsləndirilir”.

T.Dadaşov onu da qeyd edib ki, bu gün daha çox dövlət büdcəsindən maliyyələşən radio yayımçıları qanunvericiliyin tələblərini qoruyur: "Özəl radioların efiri üçün bunu söyləmək çətindir, az sayda sosial və digər aktual problemlərə həsr olunmuş proqramlara rast gəlinir. Yerli radioların xəbərlərə, musiqiyə və aparıcıların danışığına üstünlük verməsi onların formatı ilə bağlıdır. Dünya praktikasında da bu, belədir. Ona görə də bu barədə radioalara irad tutulmur. Müşahidələrimizə əsasən, yerli radiolar çalışır ki, müxtəlif formatların xüsusiyyətlərini özlərində əks etdirsinlər. Buna görə də, radiolarımızın proqram səbəti hər saatın tamamında xəbər buraxılışları, ardınca musiqi, həmçinin aparıcıların dinləyicilərlə ünsiyyətindən təşkil edilir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol