• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil proqramının dayandırılımasına görə nələri itiririk?

Xaricdə təhsil proqramının dayandırılımasına görə nələri itiririk?
27.10.2016 22:00
Bu ilin aprel ayından etibarən Təhsil Nazirliyi tərəfindən Xaricdə təhsil proqramına dəyişiklik edilib. Dəyişikliyə  əsasən xaricdə bakalavr təhsili dövlət proqramından çıxarılıb. Xaricdə bakalavr təhsilinin dövlət proqramından çıxarılması doğru addımdırmı? Bu dəyişikliyin təhsilimizə hansı təsirləri olacaq?
 
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Etibar Əliyev bildirib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının ölkədə insan kapitalının inkişafında əhəmiyyəti çox böyük olub.
 
"Bu gün hətta Avropa ölkələri belə öz vətəndaşlarını xarici ölkələrdə təhsil almaq üçün göndərirlər. Yəni ölkələrin ali məktəbləri bütün ixtisaslar üzrə sanballı mütəxəssislər hazırlamaq gücündə olmurlar. Bu məsələ bizim üçün də aktual olduğundan xeyli sayda qabiliyyətli gənclərimiz dünyanın aparıcı universitetlərinin ali məktəblərinə göndərildi. Ölkəyə qayıdıb gələnlər fərqli bilik, bacarıq  və tədqiqatlara malik olan vətəndaşlarımızdır. Onlar həm də sağlam təhsil və elm mühitinin yaranmasına töhfələr verirlər”.
 
Ekspertin sözlərinə görə, Azərbaycan ali məktəbləri 2005-ci ildən Boloniya Bəyannaməsinə qoşulub.
 
"Lakin etiraf etmək lazımdır ki, bu sənədin əsas şərtlərindən biri olan tələbə mobilliyi prosesi zəif həyata keçirilir. Dövlət proqramı ilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları həm də bu problemi həll etmiş olurdu.
 
Fikrimcə əvvəlki illərə nisbətən az sayda da olsa bakalvr pilləsində təhsil almaq üçün gənclərimiz ölkə üçün faydalı olan ixtisaslar üzrə dünyanın aparıcı universitetlərinə göndərilməlidirlər. Fasiləsizliyin pozulması elm və təhsil sahəsində uğurlarımızı ləngidə bilər. Elmin və təhsilin qabaqlayıcı funksiyası ölkələrin inkişafının əsas şərlərindən biridir. Bunu həm də qeyri-neft sektoruna artan diqqət də diktə edir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol