• $
  • €
  • ₽
  • ₺
  • £

Meyitdən orqanların transplantasıyası mümkün olacaq - Azərbaycanda

Meyitdən orqanların transplantasıyası mümkün olacaq - Azərbaycanda
27.10.2016 16:21
"Azərbaycanda ölmüş insanın orqanlarının transplantasiyası (köçürülməsi) ilə bağlı Nazirlər Kabinetində müvafiq sənəd işlənir. 

Sənəd yaxın zamanlarda Milli Məclisin Səhiyyə komitəsinə daxil olacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, hazırda Azərbaycanda yalnız sağ insandan orqan köçürmək mümkündür:

"Azərbaycanda orqan transplantasiyası (orqan köçürülməsi) sağ, diri donordan həyata keçirilir. Hələ ki, bizdə qaraciyərin, böyrəklərin, köçürülməsi mümkündür.
Amma Azərbaycanda hələ ki, ölmüş insandan orqan köçürülməsi həyata keçirilmir. Çünki bunun bir sıra texniki və hüquqi əsasları yaradılmaldır.
Hüquqi əsas deyərkən artıq qanun qəbul olunub. Amma müəyyən kriteriyalar hələ də çatışmır.

Meyitdən orqan köçürmək üçün ilk olaraq pilot şəkildə klinikalar bu işlə məşğul olmalıdırlar və xüsusi komissiyalar yaradılmalıdır”.
Musa Quliyev ölən insanın orqanını hansı formada köçürməyin mümkün olduğunu da açıqlayıb.

O söyləyib ki, ölən insanın orqanın köçürülməsi üçün xüsusi klinik şərait yaradılmalıdır:

"Vəfat edən adamdan orqan köçürülməsi üçün ilk növbədə beyinə ölüm diaqnozu qoyulmalıdır. Əgər beyin ölümü diaqnozu təsdiqlənərsə, ölmüş insandan orqan transplantasiyası mümkün olar.

Təbii ki, bu çox bahalı əməliyyat və uzun sürən prosesdir. Ona görə də hələ ki, vətəndaşlarımız bundan yetərincə yararlana bilmir. İcbari tibbi sığorta işə düşdükdən sonra hətta ölü insanın orqanlarını sağ insanlara köçürülməsi də mümkün olacaq”.

Deputat dini baxımdan ölən insanın orqanın köçürülməsini izah edib və deyib ki, Qafqaz Müsəlmanları İdarəsi məsələyə etiraz etmir:

"Dini baxımdan orqan köçürülməsi tamamilə normaldır. Xristianlıq, islam və yəhudilikdə ölmüş insandan orqan transplantasiyası qəbul ediləndir.

İnsan sağlığında və öləndən sonra öz orqanları ilə başqa insanlara həyat verirsə və onları yaşadırsa, din bunun əleyhinə deyil.

Ölən insandan orqan köçürülməsi məsələsinə Qafqaz Müsəlmanları İdarəsində heç bir etiraz yoxdur. Əvvəllər cinsi hüceyrələrin donorluğu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində narazılıqlar var idi. Biz də onu nəzərə aldıq.

Əgər İran, Türkiyə və Ərəbistanda ölən insanların orqan transplantasiyası və yaxud cinsi hüceyrə köçürülməsi varsa, bizdə niyə olmasın ?”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol