• $
  • €
  • ₽
  • ₺
  • £

İmişliyə qar yağdı - 60 ildə ilk

İmişliyə qar yağdı - 60 ildə ilk
27.10.2016 18:00
İmişli sakinləri son 60 ildə görünməyən təbiət hadisəsinin şahidi olublar.

ANN.Az ARB TV-yə istinadən xəbər verir ki, payız fəsli olmağına baxmayaraq rayon ərazisinə qar yağıb. Səhər saatlarından yağan sulu qar sonradan qara çevrilib. Hazırda İmişlidə qış abu-havası müşahidə olunur. Ruslan Şahbazov - rayon sakini: "Qarın yağmağı, havanın təmizliyi başqa məsələ, amma mənim 60 yaşım var və indiyə qədər oktyabrda qar görməmişik".

İmişlinin ağ örpəyə bürünməsinə səbəb olan təbiət hadisəsi rayon sakinlərini də təəccübləndirib. Fərahim Nəzərov - rayon sakini: "Yanvar ayında elə olub ki, biz qar üzünə həsrət qalmışıq. Oktyabrda isə qar yağmağı bizə təəccüblü gəlir. Buna baxmayaraq çox sevincliyik".

İlin bu fəslində yağan qar kənd təsərrüfatının bəzi sahələri üçün faydalı olsa da, bir tərəfdan də ziyanlıdır. Ruslan Şahbazov - rayon sakini: "Taxıla xeyri var, ancaq pambığa ziyandır. Çuğundurun yetişən vaxtıdır. Camaatın məhsul toplamağına problem yaradır".



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol