• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Instagram istifadəçilərinin sayı açıqlandı

Azərbaycanda Instagram istifadəçilərinin sayı açıqlandı
27.10.2016 21:15
Ölkədə Instagram’ın son dövrlərin ən populyar sosial şəbəkəsi olduğunu düşünənlər yanılmayıb. Artıq Instagram istifadəçilərimizin sayı 1 milyonu keçdi. Daha dəqiq desək, 1 milyon 71 min.

Instagramın son vaxtlar tətbiq etdiyi yeniliklər həm biznes sahiblərini (Instagram Business Profile), həm də istifadəçiləri (Instagram Stories) aktivləşdirib. Ölkədə də bu aktivlik hiss olunurdu. Və Facebookun istifadəçi sayını son yeniləməsindən sonra məlum oldu ki, ölkəmizdə Instagram istifadəçilərinin sayı 1 milyondan çoxdur. Müqayisə üçün deyək ki, 2 ay öncə Instagram istifadəçi sayı 750-800 min kimi göstərirdi.
 
Azərbaycanın Instagram Statistikası (Oktyabr, 2016)

Hazırda ölkədə 1 milyon 71 min Instagram istifadəçisi var. Bunların 670 mini (63%) kişi, 400 mini (37%) isə qadınlardır.
 
13-25 yaşlardakı istifadəçi sayı 600 mindir. Bunların 390 mini (65%) kişilər, 210 mini (35%) qadınlardır.

26-35 yaşlardakı istifadəçi sayı 320 mindir. Bunların 195 mini (61%) kişilər, 125 mini (39%) qadınlardır.

36-50 yaşlardakı istifadəçilərin sayı 115 mindir. Bunların 61 mini (53%) kişilər, 54 mini (47%) qadınlardır.

51+ yaşlardakı istifadəçilərin sayı 36 mindir. Bunların 17 mini (47%) kişilər, 19 mini (53%) qadınlardır.
 



Rəqəmlərdən də göründüyü kimi, Instagramın gənc auditoriyasının böyük hissəsini kişi cinsinin nümayəndələri təşkil edir. 35 yaşdan yuxarı istifadəçilərdə isə gender bərabərliyi yaranır. 51 yaşdan yuxarı istifadəçilərdə qadınlar daha çoxluq təşkil edir. Bu da Instagramı biznes aləti kimi istifadə edən sahibkarlar və şirkətlər üçün təhlil ediləsi rəqəmlərdir.

orkhanrza.com
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol