Hərbi qulluqçumuz həlak oldu

Oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.
ANN.Az bu haqda Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























