• $
  • €
  • ₽
  • ₺
  • £

Əhliman Əmiraslanov: İnsanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar

Əhliman Əmiraslanov: İnsanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar
29.05.2020 03:08
"Bəzi şəxslər xarici ölkələrdə Azərbaycandakı klinikalardan o qədər də yüksək səviyyədə tibbi xidmət göstərməyən klinikalarda müalicə alırlar, sonra da o klinikaları Azərbaycanda təbliğ edirlər, insanlar da onlara inanır”.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, belə hallar çoxdur: "Belə hallara qarşı mübarizə aparmalıyıq.

Almaniyanın tibb sahəsində tanınmış bir mütəxəssisini Azərbaycana dəvət etmişdim. O, burada Tibb Universitetində mühazirə oxudu, bir sıra tibb mərkəzlərində oldu. Sonra mənə dedi ki, Azərbaycandan insanların müalicə üçün niyə Almaniyaya gəldiyinə təəccüb edirəm. Mənim orada etdiklərimi Azərbaycanda bir çox mərkəzlərdə də edirlər”.

Komitə sədrinin sözlərinə görə, bunun səbəblərindən biri odur ki, insanlarımız xarici klinikaları Azərbaycanda təbliğ edirlər: "Azərbaycanda insanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar, burada mütəxəssis olmadığını deyirlər və s.

Təəssüf ki, hətta savadlı ziyalılarımız da bunlara inanır və müalicə olunmaq üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar və Azərbaycanda olan klinikalardan qat-qat aşağı səviyyəli klinikalarda böyük məbləğdə vəsait xərcləyirlər”.

Ə.Əmiraslanov qeyd edib ki, burada həkimlərin, mütəxəssislərin də günahı var: "Biz gördüyümüz işləri, həyata keçirdiyimiz müalicə, diaqnostika tədbirlərini yaxşı təbliğ edə, insanlara lazımınca çatdıra bilmirik. Hər bir tibb işçisi bu sahədə çox fəal olmalı və görülən işlərin təbliğini aparmalıdır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol