• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş polis rəisi barədə yeni istintaq - Nazir əmr verdi

Keçmiş polis rəisi barədə yeni istintaq - Nazir əmr verdi
28.10.2016 10:37
Arvadı həbsdə olan və məhkəməsi davam edən keçmiş polis rəisi Mahir Əkbərov barəsində açılmış cinayət işi üzrə araşdırmalara başlanılıb.
 
ANN.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, mayor Aqil Ələsgərovun qərarı ilə baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə başladılan cinayət işinin istintaqı ayrılıb. Bu maddə ilə Mahir Əkbərovun zərərçəkmiş Dəyanət Məmmədova saxta əmək kitabçası hazırlatdırıb verməsi halı araşdırılır.
 
İstintaq zamanı məlum olub ki, keçmiş polis rəisi M.Əkbərov zərərçəkən D.Məmmədova saxta əmək kitabçası düzəltməyi vəd edib. Bununla bağlı, hər iki şəxs 2014-cü ilin avqust ayında Ağciyər Xəstəlikləri xəstəxanasında müalicə alan 13 saylı Rayonlararası Təmir-Tikinti Quraşdırma Trestinin rəhbəri Arif Şirinovla görüşüblər. A.Şirinov M.Əkbərovun ona verdiyi boş əmək kitabçasına D.Məmmədovun 2007-ci ildən həmin RTTQT-də menecer vəzifəsində işlədiyini qeyd edib və üzərində gəzdirdiyi möhürlə təsdiqləyib. M.Əkbərov həmin əmək kitabçasını D.Məmmədova verib, əvəzində isə 800 manat alıb.
 
A.Şirinov barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılıb və ona qarşı irəli sürülən ittiham istintaqda tam sübuta yetirilib. Lakin A.Şirinovun 2014-cü ilin dekabr ayın müalicə olunduğu xəstəxanada vəfat etməsi, onun məhkəmə qarşısına çıxarılmasını əngəlləyib.
 
Qeyd edək ki, sabiq rəisin xanımı Leyla Əkbərova da bir neçə şəxsdən külli mqidarda pul alaraq onları müxtəlif yerlərdə işə düzəldəcəyini vəd edib. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb. Bununla yanaşı, həmin şəxslərə saxta sənədlər təqdim edib. Şikayətlər əsasında, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdar dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtaladırma) maddələri ilə cinayət işi başlanılıb.
 
Zərərçəkmiş şəxslər və şahidlər L.Əkbərovanın bu işlərində ona əri, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuş, mayor Mahir Əkbərovun birbaşa olaraq kömək etdiyini, hətta bir neçə epizodda M.Əkbərovun cinayəti təkbaşına etdiyini bildiriblər.
 
L.Əkbərova ilə bağlı hissədə istintaq tamamlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır.
 
M.Əkbərov da arvadının işində şahid qismində tanınıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol