• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim və valideynlərin nəzərinə: seminarlar davam edir

Müəllim və valideynlərin nəzərinə: seminarlar davam edir
28.10.2016 11:28
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan "Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən "Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin "öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

Oktyabrın 27-də sayca yeddinci təlim-seminar Xətai rayonunda yerləşən 264 nömrəli tam orta məktəbdə keçirilib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təlim-seminarda çıxış edərək layihənin keçirilmə məqsədləri və gözlənilən nəticələrdən danışıb. Sürətlə dəyişən müasir dünyada təhsilin keyfiyyətinə təsir edən amillərin vaxtında dəyərləndirilməsinin zəruriliyinə diqqət çəkən BŞTİ-nin müdiri bu istiqamətdə təhsil müəssisələrinə hərtərəfli dəstək verildiyini söyləyib. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri nəzərə çatdıran M.Vəliyeva direktorlar qarşısında "Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib.

Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova "Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzə edib.

Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan "Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar artıq Bakının Pirallahı, Xəzər, Sabunçu, Qaradağ, Suraxanı və Nizami rayonlarında təşkil olunub. Adıçəkilən təlim-seminarların paytaxtın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol