• $
  • €
  • ₽
  • ₺
  • £

"QAÇQINKOM" qaz olmayan binadan limit pulu alır

"QAÇQINKOM" qaz olmayan binadan limit pulu alır
28.10.2016 13:22
Suraxanı Rayon Enerji Təhcizatı və Satış İdarəsi Yeni Günəşli qəsəbəsi AB massivi 25-də yerləşən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya işıq sayğacının qoyulması ilə bağlı elan yerləşdirilib. 
 


Bu barədə ANN.Az-a yataqxanada yaşayan sakinlər məlumat verib. Şikayətdə bildirilib ki, 20 ildən çoxdur, bu binada məskunlaşmalarına baxmayaraq, nə işıq, nə də qaz sayğacı yoxdur:

"Ümumiyyətlə, binaya bu günə qədər qaz verilməyib. Məcbur qalıb elektrik enerjisindən daha çox istifadə edirik. Bu səbəbdən də, işığa çox yük düşür. Digər sakinlərin də şikayətləri bu gündən sonra quraşdırılacaq sayğaclarda işıq pulunun daha çox olması ilə əlaqədardır”. 
Məcburi köçkünlərə verilən kommunal xərclərin limitinin az olmasından şikayətlənən sakinlər sayğac quraşdırıldıqdan sonra daha çox işıq pulu verəcəklərini deyirlər.

Bununla yanaşı, sakinlər bildirir ki, məcburi köçkünlərə verilən "yardım pulu”nda kommunal xərclərə qaz ödənişləri aid olduğundan, onlara verilən vəsaitdən istifadə etmədikləri qazın pulu da çıxılır.  

Məsələni araşdırmaq üçün Qaçqınların və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimovla əlaqə saxladıq. Komitə sözçüsü ANN.Az-a açıqlamasında məsələdən xəbərdar olmadığını bildirdi:

"Həmin ərazidə indiyə qədər işıq sayğacının və ümumiyyətlə, qazın olmaması ilə bağlı məlumatım yoxdur. Məsələni araşdırmaya götürürük. Araşdırmalardan sonra ətraflı məlumat verəcəyik”.

Məsələ ilə əlaqədar Suraxanı Rayon Enerji Təhcizatı və Satış İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Orxan Aslanlı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol