• $
  • €
  • ₽
  • ₺
  • £

ÖLÜM saçan turşular və mürəbbələr

ÖLÜM saçan turşular və mürəbbələr
28.10.2016 12:47
Ev konservləri (müxtəlif turşular, salatlar, mürəbbələr, kompotlar) bizi botulizm xəstəliyinə yoluxdura bilər. Bu çox ağır və olduqca təhlükəli xəstəlikdir.

Botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bu bakteriyalar tərəfindən hazırlanan "botulotoksin"  dünyada ən güclü bioloji zəhərlərdən biri sayılır. Bu zəhər oksigen olmayan yerlərdə Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunur.

Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Torpaqdan bu bakteriyalar tərəvəzlərə və meyvələrə  düşür. Hətta çox təmiz yuyulan meyvə və tərəvəzlərin üzərində bakteriyanın mikroskopik sporları qala bilər. Ev şəraitində hazırlanan müxtəlif turşular, kompotlar, mürəbbələr və s. adətən kip şəkildə bağlanılır və oksigen bankalara daxil olmur. Nəticədə botulotoksinin ifrazı üçün ən əlverişli şərait yaranır.

Nəzərə almaq lazımdır ki, sporlar ev şəraitində sterilizasiyadan "qorxmur" və hətta 1 saat sterilizasiyadan sonra məhsulda sağ qalır. Clostridium botulinum bakteriyanın sporlarını yalnız meyvə və tərəvəz konservlərini istehsal edən zavodlar şəraitində xüsusi sterilizasiya avadanlıqda zərərsizləşdirmək mümkündür.

Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Konservləşdirilmiş qidanın qəbulundan təxminən 10-12 saat sonra xəstədə ağızda quruluq, görmənin pozulması (ikili, bulanıq görmə), mədədə ağırlıq hissi, urəkbulanması, qusma, ishal kimi simptomlar meydana çıxır. Daha sonra insanda göz qapaqların aşağı enməsi (insan gözlərini aça bilmir), səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin pozulması (insan əvvəl bərk, sonra isə yumşaq qidanı, daha sonra suyu uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəiflənməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan tibbi yardım göstərilməzsə, tənəffüsdə iştirak edən əzələlər iflic olur və insan boğulmadan ölür.

Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansılarını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya "təcili yardım" çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər. Xəstəyə xüsusi zərdab yeridilir.

Təəssüf ki, botulotoksin olan bankanı aşkar etmək mümkün deyil. Bankanın xarici görünüşü adi ola bilər - bankanın qapağı qalxmayıb, mayesi bulanıq deyil və s., məhsulun dadı və iyi də dəyişilmir.

Həkimlər xəbərdarlıq edir ki, hətta ən təmiz şəraitdə hazırlamış ev konservlərində botulotoksin ola bilər. Bazarlarda və s. yerlərdə satılan, mənşəyi bilinməyən "ev"  turşuları, leçoları, mürəbbələri və s. xüsusilə təhlükəlidir.

Göbələk konservləri, leçolar, müxtəlif tərəvəz salatlar botulizmə görə ən təhlükəli məhsullar sayılır.

Botulizm nadir xəstəlikdir. Lakin heç bir insan bu ölümcül xəstəlikdən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin simptomlarını bilmək çox vacibdir.//Saglamolun.Az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol