• $
  • €
  • ₽
  • ₺
  • £

Spikerdən deputatlara İRAD: “Düzgün oxuyun”

Spikerdən deputatlara İRAD: “Düzgün oxuyun”
28.10.2016 13:53
"Bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirilər”.

Modern.az-ın xəbərinə görə, bu sözləri parlamentin bugünkü iclasında deputat Qənirə Paşayeva səsləndirib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb.

"Sadəcə bu gün biz dünyada dini pərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünyanın bir çox ölkəsi cəhənmnəmə çevrilib. Mən elə bu günlərdə kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Bildirdilər ki,  burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O deyib ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sorna da müxtəlif platformalarda dəstək verəcək, yanımızda olacaq”.
 
Q.Paşayeva bildirib ki, Azərbaycan bundan sonra da Kərkükdə yaşayan soydaşlarımıza sahib duracaq və onlarə dəstək verəcək. "Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanın müvafiq qurumları bu istiqamətdə fəaliyyət göstərir. Ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olamalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq”.
 
Deputat onu da əlavə edib ki, dini ekstremizmin qarşısını almaq üçün öz dini alimlərimizi yetişdiməliyik: "Bu yolla maarifləndirmə işi aparılmalıdır”.
Deputat Musa Qasımlı da bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu deyib. O xüsusilə də xaricdə təhsillə bağlı məsələyə ciddi yanaşma zərurətindən bəhs edib.
 
Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, ölkədə təhsil almağa üstünlük verilər. "Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”.
 
Milli Məclis sədrinin müavini Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.
 
Spiker Oqtay Əsədov isə bildirib: "Xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı”.  
Bundan sonra qanuna edilən dəyişikliklə əlaqədar layihə səsə qoyularaq qəbul edilib.
 
"Kütləvi informasiya vasitələri haqqında” qanuna da müvafiq dəyişikliklər edilib. Burada dini ekstremizmə qarşı nəzərdə tutulmuş əməliyyat məlumatlarının yayılmasına yol verilməməsi məsələsi əksini tapır. Həmçinin dəyişikliyə görə, əməliyyat aparılan xüsusi zonada KİV əməkdaşlarının iştirakı əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol