Azərbaycanda ilk: Ağacı kəsməmək üçün yolu ikiyə böldülər - VİDEO

Yenicə istifadəyə verilən Xaçmaz rayonu Xudat-Yalama-Zuxuloba avtomobil yolunun çəkilişi zamanı maraqlı bir addım atılıb.
"Azəravtoyol” ASC-nin yoldan çəkilmiş videosunda görünür ki, yeni çəkilmiş yolun ortasındakı ağac kəsilməyib və hərəkət nişanları da buna uyğun tənzimlənib.
Qeyd edək ki, yolun uzunluğu 24 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.
Publika.az həmin videonu təqdim edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























