Bakıda klinikada iki yaşlı körpə öldü

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun "Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Bakı Şəhər Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























