• $
  • €
  • ₽
  • ₺
  • £

Ekologiyanın qorunması ilə bağlı layihə

Ekologiyanın qorunması ilə bağlı layihə
28.10.2016 16:55
Bəşər inkişaf etdikcə, oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru gedir. Bu proses XXI əsrdə daha da sürətlənib. Milyonlarla avtomobillərdən çıxan tüstü, qazanxanalar, zavodların tüstüsü, kondisionerlər və s. dünyamızı addım-addım məhvə doğru aparır.

ANN.Az xəbər verir ki, dünyada ekoloji problemlər mövcuddur və bu problemlərin aradan qaldırılması istiqamətində layihələr, müxtəlif ölkələrin cəlb edilməsi ilə tədbirlər həyata keçirilir.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Bakıda keçirilən "Yaşıl dünya- mənim, sənin, bizim qurtuluşumuz” layihəsinin sorğusunda səsləndirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Baş məsləhətçisi Şövkət Bəkirov bildirib ki, Azərbaycanda da bir sıra ekoloji problemlər mövcuddur. Onun sözlərinə görə, bura atmosfer havasının çirklənməsi, neftlə çirklənmiş ərazilər, su obyektlərinin nəzarətda saxlanması, radiasiya daxildir: 

"Bu ekoloji məsələlərin həlli ilə bağlı tədbirləri görülür. 70%-dən çox atmosfer havasının çirklənməsi nəqliyyat vasitələrinin üzərinə düşür. Müasir tələblərə cavab verən nəqliyyat vasitələrinin idxal olunması, yol kənarında yaşıllıqların salınması atmosfer havasının çirklənməsinin qarşısını almağa yönəlib. Ölkədə yaşıllıq ərazisi nə qədər çox olarsa, atmosfer havası daha çox təmizlənir. Transsərhəd çaylar daha çox çirklənməyə məruz qalır, hansı ki içməli su ehtiyacımızn 70%-ini ödəyir”.

Onun sözlərinə görə, nazirlik bununla bağlı işlər görür və bütün ölkə vətəndaşları da ətraf mühitin mühafizəsində öz üzərinə düşəni etməlidir. 

Sorğuda iştirak edən gənclər də ətraf mühitin, ekologiyanın qorunmasının hər birimizin həyatı və gələcəyi üçün əhəmiyyəli olduğunu deyib. Qeyd edilib ki, havanın çirkləndirənlərə, zibili yerə atanlara qarşı hər birimiz duyarlı olmalıyıq. 

Daha sonra ekoloji problemlər və onlara qarşı aparılan işlərlə bağlı məlumatları əks etirən broşürlər sakinlərə paylanılıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol