• $
  • €
  • ₽
  • ₺
  • £

Qışa hazırıq?

Qışa hazırıq?
28.10.2016 17:39
Ölkə ərazisində havaların soyuması istilik məsələsini gündəmə gətirib. Evlərini kombi ilə isidənlər çoxdan qış mövsümünə keçsə də, mərkəzi istilik sisteminə qoşulanlar hələ noyabrın 15-ni gözləməlidir. Biz ayın 15-ni gözləmədik, aidiyyəti qurumlarla əlaqə saxlayıb mövsümə hazır olub-olmadıqlarını öyrəndik.

Axı bizim keçənilki kimi acı bir təcrübəmiz var. Yəqin 2015-2016-cı ilin payız-qış mövsümündə mənzillərin istiliklə təchizatənın təxminən 1 aya yaxın gecikməsini unutmamısınız. Səbəb "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcu idi.Uzun müzakirələrdən sonra nəhayət problem aradan qaldırılmışdı. Bəs görəsən, bu il də eyni ssenari təkrarlanacaq?

Oktyabrın əvvəlində "Azəriqaz”İB-dən verilən açıqlamada bildirilmişdi ki, 2016-cı ilin 9 ayı ərzində "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.

Qurumdan bildirilmişdi ki, "Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir.

Bu rəqəm ötənilki vəziyyətin təkrarlanması qorxusunu verir.

"Azəriqaz” İstehsalat Birliyinin sədri İbrahim Kəlbəliyev Publika.az-a artıq borcla bağlı "Azəristiliktəchizat”a məlumat verilib: "Mövsüm başlayanda qazanxanalar qazın açılması ilə bağlı bizə müraciət edəcək. Hansı qazanxana müraciət edəcəksə, onlara qaz veriləcək. Əlbəttə, ilk növbədə debitor borcu olmayanlara veriləcək. Mövcud borcla bağlı "Azəristiliktəchizat”a borcun ödənilməsi ilə bağlı yazılı olaraq məlumat göndərilib. Bu haqda danışıqlar aparılır”.

Onun sözlərinə görə, may ayından mövsümə hazırlığın başladığını və oktyabrın sonuna qədər tam yekunlaşacaq.

"Bu il mövsüm ərzində qəza halları istisna olmaqla, təbii qazın verilişində çatışmazlığın yaranması gözlənilmir”.

"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bütün qazanxana və istilik məntəqələri qışa hazır vəziyyətdədir:
 
"Qazanxana, istilik məntəqələrində təmir-bərpa işləri aparılıb. Magistral məhəllədaxili 1000 km-lik istilik xətləri hidravlik təzyiq verilərək yuyulub, 19 km yenisi ilə əvəz edilib. 3 qazanxana modernləşdirilib, 8 qazanxananın qazlaşdırılması layihəsi həyata keçirilib. Bütün bunlar bizə bu ilki payız-qış mövsümündə 3700-ə yaxın yaşayış binasını, Azəristiliktəchizat” dan istiliklə təmin edilməsi nəzərdə tutulan məktəb, bağça, səhiyyə və digər müəssisələrin istilik təchizatı təmin ediləcək. Noyabr ayının 1-dən dağlıq, 15-dən isə digər ərazilərdə istilik mövsümünə start veriləcək”.

Bu il yenidən borc məsələsinin gecikmələrə səbəb olub-olmayacağına gəldikdə, Rafiq Əliyev elə bir problemin olmadığını dedi: "Problem yaranarsa, o zaman münasibət bildirərik. Əsas odur ki, bütün qazanxanalar mövsümə hazırdır. Borc məsələsinə gəlincə, qazanxana işlədikcə borc yaranır, hər ay da çalışırıq ödəyək. Bu işlə məşğuluq, güman edirəm ki, hər şey yaxşı olacaq”.

Yəqin onu da xatırlayırsınız ki, ötən il də mövsümdən əvvəl qurumlar hər şeyin yaxşı olacağına dair söz vermişdilər. Ümid edək ki, bu dəfə sözlərini tutacaqlar.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol