İlham Zəkiyev məzun oldu - FOTO

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olub.
ANN.Az Azərtac-a istinadən xəbər verir ki, 36 yaşlı idmançıya ali təhsil haqqında diplom artıq təqdim edilib. O, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.
İ.Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin gülləsinə tuş gəlib. Nəticədə o, görmə qabiliyyətini itirib. Sonradan İ.Zəkiyev paralimpiyaçı cüdoçuların mübarizəsinə qatılıb, "Afina-2004” və "Pekin-2008”

Yay Paralimpiya Oyunlarında 100 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl, "London-2012”də gümüş medal qazanıb.
Təcrübəli cüdoçunun aktivində "Bakı-2015” birinci Avropa Oyunlarının qızıl medalı, eləcə də ikiqat dünya və beşqat Avropa çempionu titulları da var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























