• $
  • €
  • ₽
  • ₺
  • £

Yer kürəsi qaranlığa qərq olacaq? - Azərbaycanlı alim açıqladı

Yer kürəsi qaranlığa qərq olacaq? - Azərbaycanlı alim açıqladı
29.10.2016 18:43
2016-cı ilin noyabrında Yer kürəsində 15 gün ardıcıl olaraq tam qaranlıq olacaq.

Bu haqda ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) məlumat verildiyi bildirilir.

Məlumata görə, dünya noyabrın 15-də, saat 3:00-da qəribə hadisəni sınaqdan keçirəcək və bu, təxminən 30 noyabr saat 4:45-ə kimi davam edəcək.

Səbəb isə Venera ilə Yupiterin yaxınlaşması, nəticədə yarar hidrogen Günəşlə əlaqəyə girəcək. Nəticədə Günəş rəngini dəyişəcək və Yerdə qaranlıq olacaq.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev deyir ki, NASA-nın rəsmi saytında bu barədə heç bir məlumat yoxdur: "Bu məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil".

Şamaxı Astro-Fizika rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai publika.az-a adıçəkilən iki planetin yaxınlaşmasının mümkün olmadığını deyib: "Venera Yerdən 105 milyon kilometr, Yupiter isə 750 milyon kilometr aralıda yerləşir. Heç zaman Venera ilə Yupiter yaxın məsafədə ola bilməz. Onlar sferanın başqa radiuslarında yerləşirlər. Bu, iki planetin görüşməsi qəti mümkün deyil. Yupiterin atmosferi həddən artıq soyuqdur. Heç zaman onun atmosferindəki hadisə nəticəsində toqquşma və hidrogenin yanması mümkün deyil. Günəşlə digər planetlər arasındakı məsafə həddən artıq böyükdür və onların qarşılıqlı əlaqəsi ola bilməz. Mən illərdir planetləri araşdıran biri kimi bu hadisənin mümkün olmadığını deyə bilərəm. NASA-nın Rusiya mətbuatında qeyd olunan kimi məlumat yayması mümkün deyil. Sadəcə, onların adından belə informasiyalar yayırlar. Günəşin temperaturunun 9 min dərəcəyə qalması da yalan məlumatdır".

Ə.Ətai hər il belə məlumatların yayılmasını insanların məlumatsızlığı ilə əlaqələndirdi: "Veneranın Yupiteri örtməsini birləşmə kimi başa düşənlər insanları qorxutmaq üçün bu cür məlumatlar yayırlar. Bu planetlər öz orbitləri üzrə hərəkət edirlər. Onlar bir-birinə nə yaxınlaşa, nə də toqquşa bilərlər. Hətta Çarlz Bolden kimi alimin adından istifadə edirlər. Onun kimi bir alim bu cür əsassız fikirlər irəli sürə bilməz".
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol