• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi valideynləri bu hərəkəti etməməyə çağırdı

Yol polisi valideynləri bu hərəkəti etməməyə çağırdı
29.10.2016 19:05

Dövlət Yol Polisi valideynləri uşaqlarla yolu keçərkən diqqətli olmağa çağırır.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, yol polisi tərəfindən müəyyən işlərin aparılmasına baxmayaraq, valideynlər uşaqlarla birgə yolun hərəkət hissəsinə çıxırlar: "Məktəblərdə dərslərin başladığı, bitdiyi saatlarda orta məktəblərdən uşaqlarını götürən valideynlər onlarla birgə yolun hərəkət hissəsinə çıxırlar. Bu insanlar hətta öz mənfi hərəkətlərini ictimailəşdirəndə də çəkinmirlər”.

K.Əliyev hesab edir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı orta məktəblərdə dərs saatlarının sayı artırılmalıdır: "Bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə müraciətlər də olunub. Çünki azyaşlılara elə uşaq vaxtından bu təhlükəsizlik qaydalarını aşılamaq lazımdır ki, gələcəkdə bu cür təhlükələrdən həyatlarını sığortalamış olsunlar. Yuxarı siniflərdə də bu cür dərs saatlarının keçirilməsi məqsədəuyğundur. Çünki yeni nəsil bu qaydalara riayət etsə, yaşlılar da edər. Amma indi yaşlı nəsil də, orta nəslin nümayəndələri də, yeniyetmələr də, uşaqlar da bu qaydaları pozur. Hətta uşaqlar bəzən böyüklərdən fərqli olaraq yolun hərəkət hissəsinə çıxmırlar. Tək olanda piyada keçidlərindən istifadə edirlər. Valideynlər bu cür hərəkətlərə yol verməməlidirlər, onlar ilk növbədə öz övladlarının təhlükəsizliyini düşünməlidirlər”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol