• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü cərimələndi, amma protokolla razılaşmır - VİDEO

Sürücü cərimələndi, amma protokolla razılaşmır - VİDEO
30.10.2016 11:44
Sürücü iddia edir ki, həmin vaxt ərazidə maksimum sürət həddi 90-nı göstərdiyi halda, onun ünvanına həmin ərazini saatda 81 km sürətlə keçməsinə dair elektron protokol gəlib.

Cəlilabad rayon sakini Elşən Əliyev avtomobili ilə paytaxtdan qayıdarkən Ələt-Astara yolundakı rayon qeydiyyatlı avtomobillərin saxlanılması üçün ayrılan dayanacağın qarşısında radara düşüb. Sürücü iddia edir ki, həmin vaxt ərazidə maksimum sürət həddi 90-nı göstərdiyi halda, onun ünvanına həmin ərazini saatda 81 km sürətlə keçməsinə dair elektron protokol gəlib.

ANN.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu cərimə ilə razılaşıb ödəniş edən sürücü 4 ay sonra həmin ərazidə yenidən radara düşüb, bu dəfə isə maksimum sürət kimi 70-in göstərilməsi sürücünü çaş-baş salıb. Üstəlik, sonuncu qayda pozuntusu "İ-patrul” sistemi ilə qeydə alınıb.

Elşən Əliyev iddia edir ki, ərazidə sürət həddi saatda 90 km. olmasına baxmayaraq, onun aşağı sürətlə radara düşməsi, üstəlik hər dəfə sürət limitinin dəyişik formalarda qeyd edilməsi qanunsuzluqdur.

Baş Dövlət Yol Polisİ İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirir ki, həmin ərazidə piyada keçidi olduğundan maksimum sürət 90 yox, 50 olub. Amma 4 aydır ki, həmin ərazidə makisumum sürət limiti 50-dən 70-ə qaldırılıb. Bu, yolun kənarındakı nişanlarda da göstərilib. Hər bir halda sürücünün ona tətbiq edilən protokol ilə bağlı narazılığı varsa, Baş Dövlət Yol Polisi İdarəsinə məktub üvanlamalıdır ki, ona rəsmi şəkildə cavab verilsin.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol