• $
  • €
  • ₽
  • ₺
  • £

General: "Yayılan məlumat erməni təbliğatının növbəti hiyləsidir"

General: "Yayılan məlumat erməni təbliğatının növbəti hiyləsidir"
30.10.2016 15:14
"Erməni mətbuatının yaydığı guya Talış kəndində aprel hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı təntənəli mərasim keçirilməsi barədə informasiya absurd, qeyri-peşəkar, uğursuz təqdim edilmiş və gülünc doğuran xəbərdir".
 
Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
 
General-leytenant Y. Aydəmirov deyib ki, bu, Ermənistan və qondarma Dağlıq Qarabağ hərbi-siyasi rəhbərliyinin panikada olan, oradan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən başqa bir şey deyildir: "Əvvəla, ermənilər bu cür məlumat yaymaqla Ermənistanın Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etdiyini və aprel hadisələrində təkcə bir istiqamətdə böyük itkilər verdiklərini növbəti dəfə boyunlarına almış oldular. Məkanı bəlli olmayan, haradasa cəbhəboyu zonadan kənarda, dağların arxasında keçirilmiş kiçik tədbirdən çəkilmiş və montaj edilmiş fotoda bir qrupun yığışaraq "təntənəli keçidi" izləməsi heç də "möhtəşəm" mərasimin keçirilməsi demək deyil. Oraya toplaşanlar isə separatçıların dəstə başçısı Saakyanın özü ilə gətirdiyi tör-töküntüləridir. Mənə, hərbiyə yaxın olan bir şəxs kimi, tam məlumdur ki, Talış kəndi yaxınlığında düşmənin hətta 2-3 hərbi qulluqçusunun belə birlikdə rahat hərəkət etməsi qeyri-mümkündür. Tam məsuliyyətimlə sizi əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi ətrafındakı yüksəklikləri, həm də düşmənin dərinliyindəki əraziləri daim nəzarətdə saxlayır".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol