15 günə 7 kilo arıqladan PƏHRİZ
Çəkiniz çoxdursa, artıq kilolardan xilas olmaq istəyirsinizsə, bu pəhriz sizə kömək olacaq. Yüngülləşmək üçün pəhriz adlandırılan bu pəhrizdə karbohidratlar tamamilə çıxarıldığı halda, digər bütün təməl qidalar mövcuddur. Müxtəlif dəri xəstəliklərindən əziyyət çəkənlər, həzm problemləri olan insanlar üçün də mükəmməl bir çıxış yoludur.
Ən əhəmiyyətli məqamsa yeyərək və duz istifadəsini minimuma endirərək bol su içməkdir. Eyni zamanda yemək və salatalarınızda duz əvəzinə ədviyyat istifadə edə bilərsiniz. Bu məqamda, inanılmaz ləzzət verən və eyni zamanda son dərəcə sağlam olan bibər və kimyonu keçin. Aile.lent.az 15 gündə 7 kilo arıqladan pəhrizlə sizi də tanış edir.
Bazar ertəsi
Səhər yeməyi: 1 portağal (qreypfrut, şaftalı, ananas və ya banan xaric digər meyvələr ola bilər), 2 kraker (kəpəkli və ya taxıl), şəkərsiz qəhvə və ya çay.
Nahar yeməyi: 1 portağal, 1 qaynadılmış yumurta, qatıq.
Axşam yeməyi: 2 qaynadılmış yumurta, 2 pomidor, 500 qram tərəvəz salatı, 2 peçenye.
Çərşənbə axşamı
Səhər yeməyi: Bazar ertəsi gününün səhər yeməyi təkrarlanır
Nahar yeməyi: 1 portağal, 1 qaynadılmış yumurta, qatıq, 2 kraker.
Axşam yeməyi: 120 qram ət (mal ətinə üstünlük verin), 1 pomidor, 1 peçenye.
Çərşənbə
Səhər yeməyi: Bazar ertəsi günü kahvaltısıyla eyni
Nahar yeməyi: 1 portağal, 1 qaynadılmış yumurta, qatıq və tərəvəz salatı.
Axşam: 120 qr mal əti, 1 portağal, 1 biskvit, qəhvə ya da çay
Cümə axşamı
Səhər yeməyi: Bazar ertəsi gününün səhər yeməyi təkrarlanır
Nahar yeməyi: 120 qram az yağlı pendir və ya kəsmik pendiri, 1 pomidor, 1 peçenye.
Axşam yeməyi: 120 qram ət, 2 pomidor, 1 alma, 1 peçenye
Cümə
Səhər yeməyi: Bazar ertəsi gününün səhər yeməyi təkrarlanır
Nahar yeməyi: 200 qram buğlama balıq, 1 pomidor, 1 peçenye.
Axşam yeməyi: 500 qram qaynadılmış və ya buxarda bişmiş tərəvəz (kök, soğan, kələm, kartof, lobya), 1 qaynadılmış yumurta, 1 pomidor.
Həftə sonlarında spirt və işlənmiş qidalardan uzaq durmaq və duz qəbulunu azaltmaqla hər zamanki kimi normal yeyə bilərsiniz.
3-cü həftənin sonunda inanılmaz nəticələri görəcəksiniz. Əgər bir az da arıqlamağa ehtiyacı varsa, qısa bir aradan sonra pəhrizi təkrar edə bilərsiniz. Nəticələrdən məmnun qaldığınız halda normal yemək nizamınızı qayıda bilərsiniz. Əgər sağlam olmaq istəyirsinizsə, sağlam bir həyat tərziniz olmalıdır. Pəhiriziniz bitirdikdən sonra ideal çəkinizi qorumaq istəyirsinizsə, həftədə bir dəfə, çalışın bazaar ertəsi olmaqla qidalanın:
Səhər yeməyi: 2 stəkan limonlu su.
Nahar: 1 qaynadılmış yumurta, 1 biskvit, 1 pomidor, 1 blok (məs: 30 qram toyuq, 115 qr qaynadılmış göy noxud, 2/3 çay qaşığı zeytun yağı)
Axşam yeməyi: 1 qaynadılmış yumurta, 1 biskvit, 1 pomidor.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























