• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilər arasında keçirilən intellekt yarışı başa çatdı

Məktəblilər arasında keçirilən intellekt yarışı başa çatdı
31.10.2016 14:31
Oktyabrın 29-da "Siyəzən rayon məktəbliləri arasında İntellektual Çoxnövçülük” adlı layihənin üçüncü mərhələsi baş tutub.

ANN.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Azərbaycan” İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən layihənin bu mərhələsi "Breyn Rinq” və "Erudit kvartet” yarışlarından ibarət olub. Yarışlarda Siyəzən rayon məktəblərinin 7-11-ci siniflərində təhsil alan şagirdlər iştirak ediblər.

Layihənin PR-meneceri Rəşid Mustafazadənin sözlərinə görə, 15 komandanın tərkibində 90-a yaxın məktəblinin iştirak etdiyi layihənin "Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutmuş komandalar final mərhələsində iştirak etmiş hüququ qazanıblar. Hər üç mərhələnin nəticələrinə əsasən isə, 1-ci yeri 3 saylı orta məktəbin "Zirvə” komandası, 2-ci yeri 1 saylı orta məktəbin "Uran” komandası, 3-cü yeri isə 2 saylı orta məktəbin "Müşfiq-1” komandası tutub.

Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, layihə həm intellektual potensiallı məktəblilərin aşkara çıxarılması, həm də bütün yarışların gərgin mübarizə şəraitində keçməsi cəhətdən çox maraqlı alınıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol