• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü

ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü
31.10.2016 19:08
Oktyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) universitet rəhbərliyinin professor-müəllim heyəti ilə görüşü keçirildi. 

Görüşdə çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev təhsilin önəmindən danışaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) XXI əsri "Təhsil əsri” elan etdiyini bildirdi. Təhsil sahəsində aparılan islahatlardan söz açan professor Əfqan Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışdı. O, universitetdə ən  müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmasının vacibliyini vurğuladı.

Əfqan Abdullayev struktur bölmələrdə, ilk növbədə Tədris işləri üzrə prorektorluğun strukturunda təklif olunan dəyişikliklər, dekanlıqlarda tədrisin təşkili və sənədləşmənin vəziyyəti, fakültələrdə davamiyyətin vəziyyəti və s. məsələlər barəsində də iştirakçılara ətraflı məlumat verdi.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev nizam-intizamın gücləndirilməsi ilə bağlı işlərin zəruri olduğunu vurğuladı.

Daha sonra Kurrikulumun inkişafı və təhsil siyasəti Departamentinin müdiri Şəfəq Şahməmmədova 2016-2017-ci tədris ili üçün dərs yükünün bölgüsü vəziyyəti, bölgü zamanı  kafedralarda yol verilən nöqsanlar barəsində danışdı. 

Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması və təkliflərin səsləndirilməsi ilə başa çatdı.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol