36 nəfər dəm qazından zəhərlənib

Oktyabr ayı ərzində dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 36 nəfər müraciət edib.
ANN.Az xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında deyib ki, müraciət edənlərdən 28 nəfər xəstəxanaya qəbul olunub, 6 nəfəri məsləhətdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 4-nün müalicəsi hazırda davam etdirilir.
A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























