• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu ərazilərində sürüşmə aktivləşib

Bakının bu ərazilərində sürüşmə aktivləşib
31.10.2016 17:48
Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində olan vəziyyət açıqlanıb. 

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar müşahidə edilib, sürüşmə ərazisində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsi su ilə tam doyaraq yamacboyu axıb.

O bildirib ki, Suraxanı rayonunda, Əhmədli-Günəşli arası sürüşmə sahəsinin kütləsi üzərində və istinad divarlarında olan çatların ölçülərində genişlənmə müşahidə edilib.

Ekspedisiya rəisinin sözlərinə görə, Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmənin dinamikasında nisbi aktivlik müşahidə olunub, torpaq və divarlarda çatların ölçüləri 1,2-2 sm genişlənib.

Ə.Qaralov qeyd edib ki, Masazırda sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2 sm-ə qədər genişlənmələr müşahidə olunub: "Masazır qəsəbəsində, Mirzə İbrahimov küçəsi boyunca atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun baş verib. Hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol