• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda son 44 ilin anomal hadisəsi

Azərbaycanda son 44 ilin anomal hadisəsi
01.11.2016 10:17
Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə olaraq, bu ilin oktyabr ayında həmin ay üçün anomal sayılan hadisə baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, bu il oktyabr ayında Aran rayonlarına qarın yağması 1972-ci ildən sonra ilk olub. 1972-ci ilin oktyabr ayında İmişlidə qarın yağması qeydə alınıb.

Oktyabrda Aran rayonlarına qarın yağmasını anomal hadisə sayan M.Həsənov əlavə edib ki, Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək olan ərazilərə qar yağıb: "Lakin bu il oktyabrda dağətəyi rayonlarda da qar müşahidə edilib. Hətta bir qədər Aran rayonlarına da qar yağdı. Bu, özü böyük anomallıqdır. Oktyabrda ölkə ərazisinə düşən yağıntının miqdarı da normadan çox olub. Oktybarda düşən atmosfer yağıntılarının miqdarı da oktyabr ayı üçün anomal olub”.

M.Həsənov qeyd edib ki, baş verən bu anomallıqların səbəbi iqlim dəyişmələri, Azərbaycana qərb və şimal-qərbdən hava kütlələrinin daha çox daxil olması və ölkə ərazisində bir neçə gün hakim olmasıdır: "Düzdür, belə hava kütlələri payız və qışda ərazimizə daxil olur. Lakin bu il həmin hava kütlələri ökə ərazisində dayanıqlı şəkildə hərəkət etdi. Həmin hava kütlələrinin dayanıqlı olmasının səbəbi isə atmosfer təzyiqi ilə bağlıdır. Təzyiq qurşaqları bir qədər az dəyişdi. Ərazimizdə alçaq təzyiq bir neçə gün müşahidə olundu. Alçaq təzyiqli hava olan ərazilərə yüksək təzyiqli hava kütlələri daxil olur. Buna görə də ərazimizə şimal-qərb və qərb istiqamətdən hava kütlələri daha çox daxil oldu. Bu, Azərbaycanda əvvəllər o qədər də müşahidə edilən hal deyil”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol