• $
  • €
  • ₽
  • ₺
  • £

Şair-publisist Taleh Həmid vəfat etdi

Şair-publisist Taleh Həmid vəfat etdi
01.11.2016 13:39
Şair, publisist və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Həmid 64 yaşında vəfat edib.
 
Bu barədə APA-ya şairin ailəsindən məlumat verilib.
 
Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
 
1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb.
 
Bir sıra mətbu orqanlarında - "Ulduz” jurnalında şöbə müdiri (1979-1989), "Yeni fikir” qəzetində baş redaktor (1989-1992), "Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) vəzifələrində işləyib. 2005-2015-ci illərdə Regionların İnkişafı İctimai Birliyinin sədr müavini olub.
 
2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında "VI Uluslararası Çanaqqala şeir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə Taleh Həmidin "Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya  qoyulub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol