• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Ceyranların ovlanmasına 1 milyon manata belə icazə verilmir

Nazirlik: Ceyranların ovlanmasına 1 milyon manata belə icazə verilmir
01.11.2016 19:11
XX əsrin ikinci yarısından başlayaraq, ceyranların nəslinin kəsilməsi təhlükəsi yaransa da, son illərdə Azərbaycan hökumətinin təbiəti mühafizə təşkilatları ilə birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ceyranların sayında nəzərə çarpacaq artım qeydə alınıb.
 
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilir ki, 1960-cı ildə aparılmış aviasayğı nəticəsində respublikada 131 baş ceyran qeydə alınıb. 2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə Şirvan Milli Parkının  yaradılmasından sonra qısa müddətdə ceyranların sayında ciddi artım qeydə alınıb və onların sayı 7 mini keçib. Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə səyləri nəticəsində bu növün hazırda Azərbaycanda, Cənubi Qafqazda olan bir sıra tarixi məskənlərinə qaytarılması məqsədilə "Ceyranların mühafizəsi, reintroduksiyasi və tarixi areallarının yenidən bərpası” layihəsi uğurla icra olunur. Son 6  il ərzində layihə çərçivəsində Şirvan Milli Parkı ərazisindən ümumilikdə 170 başa yaxın ceyran tutularaq Acınohur-Sarıca düzlərinə, Bozdağ silsiləsinə, Ağgöl və Qobustan yaylasına buraxılıb.
 
Qeyd olunur ki, ceyran fərdləri 1989-cu ildə nəsli kəsilməkdə olan növ kimi Qırmızı Kitaba daxil edilib: "Bu o deməkdir ki, ceyranın ovlanması istər mühafizə olunan ərazilərdə (qoruqlarda, Milli Parklarda), istərsə də ümumi statuslu ərazilərdə cinayət sayılır və heç bir şərtlə onların ovlanmasına hətta 1 milyon manata da icazə, lisenziya verilmir. Əgər gələcəkdə ceyranlarla bağlı bütün layihələr uğurla başa çatarsa və onların sayı ərazilərin qidalandırma imkanlarını aşarsa, onda populyasiyanın sağlam qalması naminə say tənzimləyici tədbirlər görülə bilər”. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol