• $
  • €
  • ₽
  • ₺
  • £

Təhlükə: Qəbiristanlıq gölə doğru axa bilər

Təhlükə: Qəbiristanlıq gölə doğru axa bilər
02.11.2016 13:24
Bakının Zığ yaşayış massivində və Abşeron rayonunun Masazır qəsəbəsində yeni sürüşmə sahələri yaranıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Trend-ə deyib ki, yeni sürüşmə sahələri Zığ yaşayış massivi və Masazır qəsəbəsindəki sürüşmə sahələrinin yaxınlığındadır.

S.Tarixəzəri bildirib ki, Masazır qəsəbəsinin qəbiristanlığının yuxarı hissəsində çatlar yaranıb: "Əgər orada bərkitmə işləri aparılmasa, çatlar genişlənəcək və qəbirlər gölə doğru axacaq. Buna görə də həmin yerdə təcili tədbirlər həyata keçirilməlidir”.

S.Tarixəzərinin sözlərinə görə, Zığ yamacındakı çatlar da genişlənib: "Zığda yamacda tikilən evlərdə kanalizasiya sistemi yoxdur. Həm bu səbəb, həm də son günlər ərzində havaların yağıntılı keçməsi həmin sahədə sürüşmənin çox aktivləşməsinə səbəb olub. Zığda təxminən 50 evdə çatlar yaranıb, evlərarası yolda isə bir çat əmələ gəlib".

S.Tarixəzəri hazırda həm Zığ, həm də Masazırda sürüşmə prosesinin aktiv olduğunu söyləyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol