• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkim çöpçülərdən danışdı: "Bu, xoşagələn hal deyil”

Baş həkim çöpçülərdən danışdı: "Bu, xoşagələn hal deyil”
29.05.2020 00:31
"XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün də çöpçülər fəaliyyət göstərir. Çöpçülərin Azərbaycanda bu qədər geniş yayılması xoşagələn hal deyil. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar yaranır və uşaqları xəstəxanaya gətirirlər”.
 
APA-nın xəbərinə görə, bu sözləri Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev deyib. O bildirib ki, yemək borusunda və tənəffüs yollarında qalan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür.
 
Ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olduğunu söyləyən A. Xudiyev qeyd edib ki, bu da il ərzində minimum 150 nəfər təşkil edir: "Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan, 17-18 yaş arasına qədər olan yeniyetmələrə qədər, müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır. Son zamanlar daha çox 20 qəpik udulması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma baş verir. Müşahidələrim onu deməyə əsas verir ki, zəif nəzarət olunan uşaqlarda belə hallara daha çox rast gəlinir. Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında yad cisimlərin (ceviz, fındıq ləpəsi və qabığı) qalması halları daha çox olur. Bayram günləri olanda işimiz daha da çətinləşir”.
 
A. Xudiyevin sözlərinə görə, xəstəxanaya müraciət edənlərin yemək borusunda və tənəffüs yollarından yad cisimlər əməliyyat edilmədən, təbii üsulla çıxarılıb: "Nadir hallarda, yəni yad cisim ağciyəri keçib birbaşa toxumaya keçibsə, onda döş cərrahı tərəfindən qabırğaarası kəsik aparılaraq xəstə əməliyyat olunur”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol