• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatların 90 faizində xidməti silah yoxdur

Deputatların 90 faizində xidməti silah yoxdur
02.11.2016 16:38
Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əlavələr edilib.  Bəs deputatlarımız silahlardan hansı hallarda istifadə edə bilər?
 
Məsələ ilə bağlı keçmiş deputat, hüquqşünas, Əliməmməd Nuriyev Modern.az-a danışıb. Əliməmməd Nuriyev bildirib ki, silah haqqında qanuna görə deputatların silah gəzdirmək hüququ var.
 
"Mənim düşüncəmə görə, deputat yalnız o hallarda silah gəzdirmək üçün icazə almalıdır ki, hansısa real təhlükələr var. Azərbaycanda  bunun üçün bir zəmin görmürəm. Ən azından deputatın həyatına ciddi bir təhlükə yoxdur. Eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları elə bir şərait yaradıblar ki, deputatın və digər şəxslərin həyatına təhlükə yaradacaq şəxslər yoxdur. Əlbəttə ki, ölkəmizdə də cinayətkarlar var. Cinayətkarlar hamıya  münasibətdə eyni davranış göstərə bilərlər. Ancaq vətəndaşların mülkiyyəti və həyatını ehtimal olunan mümkün qəsdlərdən ehtiyatlı  surətdə hüquq-mühafizə orqanları tərəfindən qorunur. Ümumilikdə Azərbaycan cəmiyyətinin həyatı üçün təhlükə yoxdur”.
 
Hüquqşünasın sözlərinə görə, deputatların silah gəzdirmə hüquqları xarici ölkələrin təcrübəsində də var. 
 
"Mənim bildiyim qədəri ilə hal-hazırda deputatlarımızın 90 faizdən çoxu hər hansı silahla bağlı müraciət etməyib və silah gəzdirmir. Məşhur bir deyim var:
 
"Divardan asılan tüfəng bir gün açıla bilər”. Ona görə də ən yaxşısı silahdan istaifadə etməməkdir. Deputatın silah alıb özünü bu üsullarla qoruması doğru deyil. Bu gün ölkəmizdə hər hansı bir şəxsin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Nəinki fərqli olaraq hərəkətlər etmək, hansısa bir vasitələrdən istifadə etmək.
 
Mən özüm də 5 il müddətində deputat olmuşam. Bu qanun mənim deputat olduğum dönəmdən qüvvədədir. Ancaq mən bunun üçün Daxili İşlər Nazirliyinə müraciət etmədim və bilirəm ki, həmkarlarımın əksəriyyəti də müraciət etmədi. Silahların verilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol