• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə istilik problemi - Niyə həll olunmur?

Məktəblərdə istilik problemi - Niyə həll olunmur?
03.11.2016 12:12

 

Son günlər havaların soyuq və yağıntılı keçməsi ilə əlaqədar paytaxt sakinləri istilik sisteminin vaxtından əvvəl verilməsini tələb edirlər. Məsələ ilə bağlı olaraq, Bakının bir neçə rayonunda yerləşən məktəblərə qaz verilməməsi ilə əlaqədar ANN.Az saytına şikayət daxil olub. 

Şikayətdə bildirilir ki, məktəblər istilik sistemi ilə təchiz olunmadığına görə, şagirdlər soyuq otaqlarda təhsil alırlar. Havanın soyuq keçməsi ilə əlaqədar, tezliklə təhsil ocaqlarının istilik sistemi ilə təmin edilməsini istəyən valideynlər məktəblərin noyabrın 15-dən sonra yox, daha tez istiliklə təmin edilməsini istəyirlər.

ANN.Az problemli məsələ ilə bağlı "Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. Qurumun Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev ANN.Az-a açıqlamasında məktəblərin istilik sistemi ilə təmin edilməsinin "Azəristiliktəchizat”la Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında bağlanan müqaviləyə əsasən tənzimləndiyini bildirdi:

 


Rafiq Əliyev - "Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi   

 

"İstilik dövrü də il ərazində beş ay müddətinə nəzərdə tutulduğundan, onlarla bu müddət ərzində müqavilə bağlanıb. Bu qurum da büdcə təşkilatı olduğuna görə, yəni dövlət tərəfindən maliyyələşdiyi üçün ancaq beş ayın vəsaiti ödənilib. Əgər təhsil idarəsi tərəfindən müraciət olunduğu və əlavə müddət üçün veriləcək istilik sistemi haqqının ödənişinə təminat verildiyi halda həmin məsələyə baxıla bilər”. 

"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz”a borcu olduğuna görə, istilik sisteminin verilməməsi məsələsinə münasibət bildirən Rafiq Əliyev bunun istehlakçılara heç bir aidiyyatının olmadığını dedi:

"İstilik sisteminin verilməsi noyabrın 15-dən başlayacaq. "Azəriqaz”la aramızda olan münasibətlərin istehlakçılara heç bir aidiyyatı yoxdur”, - deyə qurum rəsmisi əlavə edib.


Bakı şəhəri üzrə Təhsil İdarəsi


 

Məsələ ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bəşarət Məmmədov ANN.Az-a bildirdi ki, məktəblərin istilik sistemi ilə təmin edilməsinin Təhsil Nazirliyi ilə "Azəristiliktəchizat” arasında müqavilə əsasında həyata keçirilir.

"Bu məsələyə biz baxmırıq. Təhsil Nazirliyi bir neçə gün bundan öncə məsələ ilə bağlı açıqlama verdi ki, zərurət yarandıqda məktəblər vaxtından əvvəl istilik sistemi ilə təchiz olunacaq", - deyə B. Məmmədov qeyd edib.


Təhsil Nazirliyi

 

 

Təhsil Nazirliyi mətbuata açıqlamasında maye yanacaqla qızdırılan məktəblərə yanacaqların verilməsi prosesinin bir müddətdir, başladığını bildirib: 

"Fərdi qazanxanası olan məktəblər isə istiliklə təmin olunub. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, məktəblərə istiliyin tez verilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilib".
 

Rəhman Qurbanov - SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti
 
Qeyd edək ki, SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov "Natural Gas World" nəşrinə müsahibəsində, Azərbaycanın daxili bazardakı qaz defisitini aradan qaldırmaq üçün "Şahdəniz" yatağından hasil olunan 2,64 mlrd. kubmetr qaz aldığını deyib. 

Orxan Aslanlı



Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol