• $
  • €
  • ₽
  • ₺
  • £

“TRT-1”-in Bakı və Abşeron yarımadasında yayım şərti açıqlandı

“TRT-1”-in Bakı və Abşeron yarımadasında yayım şərti açıqlandı
02.11.2016 20:03
"Türkiyənin "TRT-1” telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün müqavilə bağlanmalıdır. Müqavilə bağlanacaqsa, telekanalın yayımı bərpa olunacaq, müqavilə bağlanmayacaqsa, bərpa edilməyəcək”.

Bunu APA-ya Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (İB) texniki direktoru Mikayıl Abbasov deyib.

O bildirib ki, Türkiyə tərəfi müqavilə bağlamasa, "TRT-1”-in yayımı bərpa edilə bilməz: "Məsələ ilə bağlı qarşı tərəfi məlumatlandırmışıq. Ankaradan cavab gözləyirlər. Ankaradan cavab alan kimi məsələyə münasibət bildirəcəklər. "TRT-1”-in açıq yayımda bərpasının konkret hansı tarixdə baş tutacağı ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Bu, danışıqlardan, ən əsası qarşı tərəfdən asılıdır”.

M.Abbasov qeyd edib ki, Azərbaycanın yerli kanallarının da yayımı müqavilə əsasında həyata keçirilir: "Əgər ortada hüquqi sənəd, müqavilə yoxdursa, biz "TRT-1”-in yayımını necə bərpa edə bilərik? Bu, mümkün deyil. Tamaşaçılar "TRT-1”-i yalnız peyk və kabel şəbəkəsi yayımçıları vasitəsilə izləyə bilərlər”.

Qeyd edək ki, "TRT-1” telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə dünəndən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.

Xatırladaq ki, "TRT-1” Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol