• $
  • €
  • ₽
  • ₺
  • £

Energetik içkilər ciddi xəstəliyə yol açır - TƏHLÜKƏ

Energetik içkilər ciddi xəstəliyə yol açır - TƏHLÜKƏ
03.11.2016 11:02
Alimlər müəyyən ediblər ki, mütəmadi olaraq eəbul edilən energetik içkilər qaraciyər iltihab xəstəliyi hepatitə gətirib çıxardır.

Həkimlər bu cür nəticəyə 50 yaşlı kişi ilə baş vermiş hadisədən sonra gəliblər. O, həkimlərin onda kəskin qaraciyər çatışmazlığı aşkar etdiklərindən sonra xəstəxanaya yerləşdirilib. Mütəxəssislərin bildirdiklərinə görə xəstəliyin səbəbi mütəmadi olaraq energetik içki qəbulu olub. Belə ki, xəstə 3 həftə ərzində gündə 4-5 ədəd energetik içki içirdi. Energetik içki qəbulundan sonra xəstə, iştahasının itməsinə və qarın hissəsində ağrılara fikir verib. İlk öncə o, qripə yoluxduğunu fikirləşərək buna önəm verməyib. Lakin xəstə, dərisinin saralmasını və sidiyinin rənginin daha tünd olduğunu görüncə narahatlıq keçirib.

Laboratoriya testləri göstərdi ki, xəstənin qaraciyəri ciddi şəkildə zədələnib. Biopsiya isə qaraciyərdə hepatit xəstəliyinin olduğunu təyin edib. Mütəxəssislərin fikrincə buna səbəb energetik içkilərin tərkibindəki nikotin turşusu olub. Həmin turşu orqanizmə daxil olan zaman yağların parçalanmasında iştirak edən niatsinamid-ə çevrilir. Adi insan üçün nikotin turşusunun norması 5-10 mq-dır (milliqram). Onun qaraciyər çatışmazlığı yaratdığı məlumdur. Həkimlərin bildirdiklərinə görə energetik içkilərin tərkibindəki nikotin turşusu insan orqanizminə lazım olan dozadan daha çoxdur. Energetik içki bazarının sürətlə genişlənməsini nəzərə alan alimlər bu içkiləri qəbul edən insanlara daha diqqətli olmalarını tövsiyyə edirlər.//Technote

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol