Qubaya 22 sm hündürlükdə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb.
Burada qarın hündürlüyü 22 sm-ə çatıb. Quba rayonu, Qırız kəndi ərazisinə isə 17 sm-dək qar yağıb. Xınalıqda qarın hündürlüyü 11 sm-ə çatıb.
Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Burada temperatur -13 dərəcə şaxta olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























