Paytaxtda "Bayraq yürüşü" keçiriləcək

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçiriləcək.
Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüş saat 11-də Dənizkənarı Milli Parkdan ("Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən) başlayıb Bayraq Meydanında yekunlaşacaq.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























