• $
  • €
  • ₽
  • ₺
  • £

Soyuqlar yenidən qayıdır: Bu günə ALDANMAYIN!

Soyuqlar yenidən qayıdır: Bu günə ALDANMAYIN!
03.11.2016 16:05
"Hazırda ölkə ərazisində müşahidə olunan hava cənub, cənub-şərq istiqamətdən daxil olan hava kütlələri ilə bağlıdır. Lakin bu cür hava dayanıqlı olmayacaq”.

Bu barədə Publika.az-a Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, belə havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı daha çox olur: "Bugünkü hava şəraiti 1-2 gün davam edə bilər. Havanın temperaturunda əvvəlki günlərlə müqayisədə çox da ciddi fərq müşahidə eidlmir. Bir neçə gün sonra hava şəraiti yenidən dəyişəcək. Çox da soyuq olmasa da, noyabr ayı üçün səciyyəvi olan hava şəraiti müşahidə olunacaq. Lakin bundan isti hava şəraiti qeydə alına bilməz. Əslində, noyabr ayının ilk 15 günlüyündə fasilələrlə bu cür hava müşahidə edilir. Ancaq bundan əvvəl respublika ərazisində müşahidə olunan hava səciyyəvi hesab olunmur”.

M.Həsənov bu cür hava şəraitinin kənd təsərrüfatı üçün əlverişli olduğunu vurğulayıb: "Belə havalar xüsusən də pambıqçılıq üçün çox xeyirlidir. Həmçinin yığımı başa çatmamış kənd təsərrüfatı bitkiləri və payız əkini üçün əlverişlidir. Lakin bu hava uzun müddət davam etməyəcəyindən təsərrüfat sahibləri işlərini qısa zamanda başa çatdırmalıdırlar”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol