• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı 135 məktəbə istilik noyabrın 15-dən veriləcək - Təhsil İdarəsi

Bakıdakı 135 məktəbə istilik noyabrın 15-dən veriləcək - Təhsil İdarəsi
03.11.2016 16:25
"Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Azəristiliktəchizat" ASC-yə bu il paytaxtda fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətinə müsbət rəy verilib. Noyabrın 1-dən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib".
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu idarənin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac yaranıb. Müvafiq qaydalara görə isə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir: "Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları istiliklə bu tarixlərdə təchiz olunur. Məsələ kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir. Həmin məktəblərə istilik noyabrın 15-dən veriləcək".
 
Təhsil İdarəsinin müdiri əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir.
 
"Ümumilikdə isə məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur” – deyə o, əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol