Göygöldə torpaq sürüşməsi - VİDEO

Son günlər Göygöl rayonu ərazisinə yağıntının normadan artıq düşməsi fəsadlara yol açıb.
ARB Kəpəz xəbər verir ki, rayonun Aşıqlı kəndində torpaq sürüşməsi baş verib.
Sürüşmə zonası yaşayış massivi və iaşə obyektlərinin yaxınlığında olmadığından dağıntıya səbəb olmayıb. Hadisə zamanı rabitə xətlərini daşıyan bir dirək sıradan çıxıb.
Kənd sakini: "Gecə olub, səhər-səhər bilmişik. Su gedir. Yerin altından su çıxır. Ondan da sürüşmə baş verib".
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, sürüşmə, əsasən, Dozular və Aşıqlı kəndində müşahidə olunub. Təbiət hadisəsi ilə bağlı ərazidə sənədləşdirmə işləri aparılıb.
Problemin aradan qaldırılmasına çalışırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























