• $
  • €
  • ₽
  • ₺
  • £

Qaraciyərinizi vaxtında qoruyun, yoxsa... – HƏKİM MƏSLƏHƏTİ

Qaraciyərinizi vaxtında qoruyun, yoxsa... – HƏKİM MƏSLƏHƏTİ
03.11.2016 23:59
Türkiyəli orqan nəqli mütəxəssisi kimi tanınan Koray Acarlı qaraciyər çatışmazlığı mövzusunda fikirlərini bölüşüb. Aile.lent.az mütəxəssisin fikirləri ilə sizi də tanış edir.
 
K. Acarlı ilk növbədə onu bildirir ki, qaraciyər çatışmazlığı uşaqlarda irsi və ya anasının hamiləliyi əsnasında yaşadığı bəzi problemlər səbəbindən ortaya çıxa bilər: "Doğuşdan öd yollarının olmaması və qaraciyərin gündəlik funksiyalarını həyata keçirən bəzi maddələrin əskikliyindən qaynaqlanan metabolik xəstəliklər uşaqlarda qaraciyər çatışmazlığına səbəb olmaqdadır. Vaxtında tədbir görülmədikdə uşaqlar bir yaşına çatmamış həyatını itirə bilər. Bu xəstəliyin yeganə həlli qaraciyər nəqlidir. Böyük insanlarda müşahidə edilən qaraciyər çatışmazlığının qarşısının alınması üçün bu məqamlara diqqət edilməlidir”.
 
Həkimin sözlərinə görə, qaraciyər çatışmazlığının əhəmiyyətli səbəblərindən biri olan Hepatit viruslarına yoluxma riskini peyvənd sayəsində aradan qaldırmaq olar. Peyvənd etdirərək yoluxucu Hepatit viruslarına qarşı özlərini qorumayan insanlar fərqində olmadan Hepatit B və C viruslarına tutula bilərlər: "Viruslar gözəllik salonlarında təraş olarkən, manikür, pedikür etdirərkən, diş müalicəsində, müxtəlif müalicələr zamanı gigiyenaya, təmizliyə diqqət göstərilmədikdə, alətlərə bulaşan qan vasitəsilə insandan insana keçə bilər. Hepatit B və C virusları uyavaş-yavaş irəliləyərək serroza, bu isə qaraciyər funksiyasını pozaraq xroniki qaraciyər çatışmazlığına səbəb ola bilər”.
 
Həkim qaraciyəri qorumaq üçün aşağıdakı məsləhətləri verir:
 
- Spirtli içkilərdən uzaq durun: Həddindən artıq spirtli içki qəbulu müasir dövrdə qaraciyər xəstəliklərinin yaranması səbəblərinə başçılıq edir. Spirt nisbəti həddini aşdıqda qaraciyər zərər görməyə başlayır. Spirt zamanla insanın həyat keyfiyyətini də pozaraq serroza və qaraciyər çatışmazlığına səbəb olur. Bunun yeganə müalicəsi isə orqan nəqlidir.
 
- Qidalanmaya diqqət edin: İnsanlar sağlam olduqda qaraciyərini necə qoruyacağını və ya ona necə zərər verdiyini düşünmür. Qaraciyərdə problemlər baş qaldırdıqda isə möcüzə yeməklər və dərmanlar axtararaq, qorunmağa çalışır. Halbuki insanlar sağlam olanda nizamlı qidalanaraq, həddindən artıq çəki almadan qaraciyərini qoruya bilər. Çünki nizamsız qidalanma həddindən artıq çəkiyə səbəb olaraq qaraciyərin yağlanmasına, bu isə gələcəkdə qaraciyər çatışmazlığına səbəb olur.
 
- Xəstəliklərə laqeyd yanaşmayın: Gənc yaşda ortaya çıxan qaraciyər çatışmazlığı doğuşdan gələn dəmir, mis çatışmazlığı və maddələr mübadiləsi pozuntularının nəticəsidir. Genetik pozuqluq kimi səbəblərdən erkən yaşda ortaya çıxan qaraciyər çatışmazlığına qarşı erkən diaqnoz həyati əhəmiyyət kəsb edir. Ona görə də genetik xəstəlikləri olanlar xəstəliklərini nəzarət altında saxlamalıdırlar.
 
Qaraciyər nəqli üçün xəstəliyin son mərhələsini gözləməyin
 
K. Acarlı qeyd edir ki, qaraciyər çatışmazlığı həyati riskdir və insanın həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən də qaraciyər nəqli xəstəliyin son mərhələsini gözləmədən həyata keçirilməlidir. Qaraciyər xəstəsi olduğunu bilən və qaraciyər xəstəliyi səbəbindən yaşadığı gündəlik problemləri qəbul edən insan, qısa zamanda orqan nəqli mərkəzindəki mütəxəssislərlə birlikdə vəziyyətini qiymətləndirərək, uyğun zamanda, gecikmədən qaraciyər nəqli olunmalıdır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol