Bakıda pulsuz soyuducu paylanılır – VİDEO

Sosial aksiyanın məqsədi israfa mane olmaq və ehtiyacı olan insanlara yardım etməkdir.
Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir...
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki sosial soyuducu aksiyası hər kəsin diqqətini çəkib.
ANN.Az Xəzər TV-yə istinadən xəbər verir ki, aksiyanı təşkil edən Emin Abdullayevin sözlərinə görə, "sosial soyuducu” adlı layihəyə ayın 1-dən başlasalar da, çoxsaylı müraciətlər olub.
Sosial aksiyanın məqsədi israfa mane olmaq və ehtiyacı olan insanlara yardım etməkdir.
Təşkilatçılar deyir ki, belə sosial xarakterli soyuducular iri marketlərdə də qoyulsa və alış-veriş edənlər hərəsi bura kiçik bir şey qoysalar minlərlə ehtiyacı olan insan faydalana bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























