Azərbaycanda qeyri-adi təbiət hadisəsi

Salyan rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Şəhərin Aşıq Pənah küçəsində yol kənarında əkilmiş heyva ağacı vaxtsız çiçəkləməyə başlayıb.
ANN.Az virtualaz.org-a istinadən bildirir ki, rayon sakinləri meyvə ağaclarının vaxtsız çiçəkləməsinə ildən-ilə daha çox rast gəlindiyini, hazırda xeyli meyvə ağacında belə anormal çiçəkləmənin müşahidə olunduğunu dedilər.
Biz isə müşahidələrimiz zamanı onu da müəyyən etdik ki, çiçəklər yenicə əmələ gəlmiş yarpaqların ətrafında yaranır. Ona görə də mütəxəssislər bu vaxtsız çiçəkləmələri qeyri-sabit hava şəraiti və əslində iqlim dəyişikliyinin fotosintez prosesinə təsiri kimi izah edirlər. Belə ki, bütün yaşıl bitkilər öz qidalarını günəş enerjisinin təsiri altında fotosintez adlanan kimyəvi prosesdə hazırlayırlar. Ağacların qidalanmasında yaranmış anormal dəyişikliklər isə vaxtsız çiçəklənmə ilə nəticələnir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























